Fanatlar aldadıldı: Bred Pittdən açıqlama

17:55 - 27 Sentyabr 2024

Fanatlar aldadıldı: Bred Pittdən açıqlama

Özlərini Hollivud ulduzu Bred Pitt kimi təqdim edən şəxslər iki qadını aldadıblar. Məşhur aktyorla danışdıqlarını zənn edən qadınlar fırıldaqçılara təxminən 362 min dollar verib.

 

 

Manset.az- CNN-ə istinadən xəbər verir ki, İspaniya polisi qadınları aldadan 5 nəfəri həbs edib.

5 nəfərin dələduzluğa görə həbs edildiyi elan edildikdən sonra Bred Pitt pərəstişkarlarına "sosial media hesabı olmadığını" xatırlatmaq məcburiyyətində qalıb.

"Fırıldaqçıların fanatların məşhurlarla güclü əlaqələrindən istifadə etməyə çalışması dəhşətlidir", - deyə açıqlama verilib.


Xəbər xətti

27 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin