Telefona daxil olub, pulları çəkirlər - Bu cür qorunun!
27 Sentyabr 2024
17:41 - 27 Sentyabr 2024
Milli Qəhrəman Gültəkin Əskərovanın qızı və bacıları 30 ildən sonra ilk dəfə onun şəhid olduğu yeri ziyarət ediblər.
Manset.az-ın məlumatına görə, Gültəkin Əskərovanın qızı Əminə Axundova Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişinin aparıcıs Lalə Azərtaşla birlikdə anasının şəhid olduğu yerə yollanıb.
Qeyd edək ki, Gültəkin Əskərova 1992-ci il mayın 14-də Ağdam istiqamətində gedən döyüşlərə yollanıb. Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi yenidən xidmətə başlayır. Aranzəmin yüksəkliyinin ətəyində onun tibbi xidməti üçün yer ayrılır.
Burada dayana bilməyib, Aranzəmin yüksəkliyinə qalxır. Aranzəmin yüksəkliyi uğurunda gedən döyüşdə 1992-ci il 19 iyul saat 15:00-də şəhid olub.
Həmin görüntüləri təqdim edirik:
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin