Yasamal rayonunda 27 sentyabr- Anım Gününə həsr olunmuş mərasim baş tutub - FOTOLAR

17:36 - 27 Sentyabr 2024

Yasamal rayonunda 27 sentyabr- Anım Gününə həsr olunmuş mərasim baş tutub - FOTOLAR

Mərasimdə Yasamal Rayon İcra Hakimiyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı Ülvi Quliyev, Yasamal Rayon İcra Hakimiyyəti və YAP Yasamal rayon təşkilatının əməkdaşları, Yasamal rayonu hüquq-mühafizə orqanlarının əməkdaşları, rayonun idarə və müəssisələrinin rəhbərləri, şəhid ailə üzvləri, qazilər, müharibə iştirakçıları və Yasamal rayon ictimaiyyəti iştirak edib.


Manset.az xəbər verir ki, ilk öncə  Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksini ziyarət edilərək abidə önünə gül dəstələri düzülüb, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri dərin hörmət və ehtiramla yad edilib.

Sonra ölkəmizin suvernliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizə ehtiram əlaməti olaraq İkinci Fəxri Xiyabanda şəhidlərimizin məzarları ziyarət edilib. Məzarlar önünə gül dəstələri düzülüb, şəhidlərin ruhlarına dualar oxunaraq əziz xatirələri dərin ehtiramla yad edilib.

Şəhid ailələrinin üzvləri tərəfindən göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlıq ifadə edilib.

Mərasimin sonunda Təzə Pir məscidində ehsan süfrəsi açılıb. Mərasimdə Qurandan ayələr oxunub, şəhidlərin əziz xatirələri yad edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!



Xəbər xətti

27 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin