Veteranların müavinətləri bu qədər artırılsın - Təklif verildi
28 Noyabr 2024
17:27 - 27 Sentyabr 2024
Ankara Etlik Şəhər Xəstəxanasının həkimi Ayşegül Efe ekran müddətinin uzun olmasının diqqət əskikliyinin ən əhəmiyyətli səbəblərindən biri olduğunu ifadə edərək, "İbtidai sinif uşaqları üçün gündəlik ekran müddəti maksimum 1 saat, 12 yaşdan yuxarı uşaqlar və böyüklər üçün isə 2 saat olmalıdır" deyə açıqlama verib.
Manset.az türk mediasına istinadla xəbər verir ki, 0-3 yaş arası uşaqlar mövcud inkişaf bacarıqlarına görə, mümkünsə, heç ekrana məruz qalmamalıdırlar. Çünki ekrandakı gərgin diqqəti yayındıran amillər və intensiv sensor stimullar bu yaş qrupundakı uşaqların idrak bacarıqlarına bərabər deyil.
3-6 yaş arası uşaqların valideyn nəzarəti altında və valideynlə ünsiyyətdə maksimum yarım saat ekrana baxa bilər.
12 və 17 yaşlı uşaqlara məktəbin məsafəsi və ünsiyyət ehtiyacı kimi çətin şərtlər olmadıqca idarə oluna bilməyən smartfon sistemi verilməməlidir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin