Qüdrət Qurbanova yeni vəzifə verildi

17:21 - 27 Sentyabr 2024

Qüdrət Qurbanova yeni vəzifə verildi

Ləğv edilən Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanova yeni vəzifə verilib.

 

Manset.az Qaynarinfo-ya istinadla xəbər verir ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədri Rauf Vəliyev onu Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) prorektoru və rektor əvəzi təyin edib.

Yaxın günlərdə müvafiq əmrlə onun rektor təyin ediləcəyi gözlənilir.

Qeyd edək ki, ADDA-nın sabiq rektoru Heydər Əsədov deputat seçildiyinə görə vəzifəsindən azad olunub.


Xəbər xətti

27 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin