Maşınlardan 11500 manat oğurlandı - 4 nəfər tutuldu

15:30 - 27 Sentyabr 2024

Maşınlardan 11500 manat oğurlandı - 4 nəfər tutuldu

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə rayon ərazisində “Hyundai”, “Toyota”, “Mercedes”, “Kia” və “VAZ” markalı 5 avtomobildən müxtəlif üsul və vasitələrlə ümumilikdə 11500 manat pul, maqnitofon, bank kartı və sənədlər oğurlamaqda şübhəli bilinən 30 yaşlı A.Həsənov, 18 yaşlı İ.Rüstəmli, 31 yaşlı Ə.Məmmədov, 20 yaşlı B.Dadaşov müəyyən olunaraq saxlanılıblar.

 

Manset.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Faktlarla bağlı araşdırma aparılır.


Xəbər xətti

27 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin