Yanğına görə qoyulan məhdudiyyət aradan qaldırıldı 

15:40 - 27 Sentyabr 2024

Yanğına görə qoyulan məhdudiyyət aradan qaldırıldı 

Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş verən yanğın səbəbindən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.


***
15:10
Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerləşən boya istehsalı sexində baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Manset.az bildirir ki, bu barədə FHN-in Mətbuat Xidmətinin məlumatında deyilir.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.



Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin