Yanğına görə Xəzər TV-nin binası boşaldılır - VİDEO

14:13 - 27 Sentyabr 2024

Yanğına görə Xəzər TV-nin binası boşaldılır - VİDEO

Xəbər verdiyimiz kimi, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, Xəzər Media Mərkəzinin binasının yaxınlığındakı yanğına görə, kanalda evakuasiya prosesi başlayıb.

Həmçinin, bu səbəbdən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.



Xəbər xətti

27 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin