Zabrat yoluna avtobus zolağı çəkildi

11:45 - 27 Sentyabr 2024

Zabrat yoluna avtobus zolağı çəkildi

AYNA tərəfindən Sabunçu rayon Zabrat qəsəbəsi Şəhər şosesində avtobus zolağı çəkilir.

 

Manset.az quruma istinadən xəbər verir ki, yolboyu avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları quraşdırılır.

Şəhər şosesində 18 müntəzəm marşrut xətti üzrə 160 avtobus fəaliyyət göstərir və sözügedən yoldan gün ərzində 1600 dəfədən çox avtobus keçir. Gündəlik olaraq bu yolda avtobuslarla 110 minə yaxın sərrnişin daşınır. 



Xəbər xətti

27 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin