Rusiyada fövqəlada vəziyyət elan edildi
27 Dekabr 2024
11:01 - 27 Sentyabr 2024
İsrail Müdafiə Nazirliyi ABŞ-dən 8,7 milyard dollarlıq (14,79 milyard manat) hərbi yardım paketinin alınacağını açıqlayıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İsrail Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada bildirilib ki, Müdafiə Nazirliyinin baş direktoru Eyal Zamir Vaşinqtonda İsrailin 8,7 milyard dollar dəyərində Amerika hərbi yardım paketini alması üçün müqavilə imzalayıb.
Yardımın 3,5 milyard dolları (5,95 milyard manat) həyati əhəmiyyətli döyüş materiallarının alınmasını, 5,2 milyard dollarının (8,84 milyard manat) isə hava hücumundan müdafiə sistemlərinin maliyyələşdirilməsini əhatə etdiyi bildirilib.
Müqaviləyə əsasən, sözügedən məbləğ və avadanlıq yaxın vaxtlarda təhvil veriləcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin