Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
22 Noyabr 2024
09:41 - 27 Sentyabr 2024
"İnanırıq ki, Ermənistan nümayəndə heyəti Azərbaycana gəlib COP29-da iştirak edəcək".
Manset.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Nyu-Yorkda səfərdə olan COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev report-a açıqlamasında deyib.
Nazir yüksək səviyyəli həftə ərzində COP29 komandasının fəaliyyətindən bəhs edib: "Biz Assambleyada büyük komanda ilə təmsil olunuruq. Biz doğrudan da yüksək səviyyəli həftə üçün çox geniş proqram hazırlamışıq və bu proqram çərçivəsində BMT-də və Nyu-Yorkda müvafiq tədbirlərdə və bir çox yüksək səviyyəli sammitlərdə iştirak edə bildik. Bununla yanaşı, bizim öz COP29 proqramımız var. Komandamız geniştərkibli nümayəndə heyəti ilə buradadır və onlar COP29-un bütün istiqamətlərini əhatə edir. Burada bizim fəaliyyət gündəliyimizdə olan 14 təşəbbüsün ictimaiyyətə, dünya ölkələrinə çatdırılması üçün yaxşı imkanlarımız oldu. Bir neçə platformamızı təqdim edib, onların baxılmasını və müzakirəsini təşkil etdik.
Eyni zamanda, burada bir çox büyük təşəbbüslərlə bağlı, xüsusilə enerji və şəffaflıq istiqamətində elanlar verdik. Bir neçə digər təşəbbüslərlə bağlı işlərimiz davam edir. COP29-a çox böyük maraq var. Bütün ölkələr Azərbaycana gələcək və onlar COP29-da iştiraklarını təsdiq ediblər. Burada biz nazirimizlə dövlət başçıları və hökumət nümayəndələri və heyətlərin rəhbərləri ilə görüşmək şansımız oldu. Onlar Azərbaycanın Sədrliyini səbirsizliklə gözlədiklərini və uğurlu fəaliyyət planlarını dəstəklədiklərini bildirdilər. Əlbəttə, onların hər birinin Azərbaycandan çox böyük gözləntiləri var. Belə ki, xüsusi ilə bir neçə çox mühüm istiqamətdə razılığa gəlinməsi məsələsində imkanlarımız olacaq. Onun üçün biz çox çalışırıq, komandamız çox çalışır. Burada maksimal inkulizivliyi təmin etmək üçün bütün tərəflərlə iş birliyi aparırıq. Məqsədimiz burada uğurlu iş fəaliyyəti aparmaqla bütün ölkələrin və danışıqlar prosesində olan iştirakçıların Azərbaycana gəlişini təmin etməkdir".
Nazir bildirib ki, Azərbaycanın təşəbbüsləri COP ictimayyəti tərəfindən çox bəyənilib: "COP29 gündəliyində təşəbbüslərin hazırlanması zamanı bütün istiqamətlər üzrə BMT-nin müxtəlif qabaqcıl agentliklər iştirak ediblər. Onlar özləri bizə həm də bu təşəbbüslərin son konseptinə çatdırılmasına köməklik ediblər. Məsələn, Ateşkes COP-u("COP Truce") və digər təşəbbüslərimiz çox böyük maraqla qarşılanıb və müzakirə olunub. Bizim rəsmi saytımızda artıq elanlar var və əlbəttə ki, bunlar bizim ölkə təqdimatında da hamısı öz əksini tapacaq. COP29-a az bir vaxt qalıb, artıq 46 günümüz var. Demək olar ki, hər gün həyəcan və hərarət artır. Ona görə ki, danışıqlar çox gərgin keçir. Çünki ölkələrin və tərəflərin mövqeləri bəzi hallarda çox fərqlidir və toqquşur. Onları yaxınlaşdırmaq üçün çox az vaxtımız qalıb. Ona görə də bizim danışıqlar qruplarımız o ölkələrlə bu məsələlərin müzakirəsini aparır və onların mövqelərini yaxınlaşdırmaq üçün çalışırlar".
Nazir vurğulayıb ki, həftə ərzində Ermənistan nümayəndə heyəti ilə görüş keçirilməyib: "Bu səfər çərçivəsində Ermənistanla heç bir görüş nəzərdə tutulmayıb, ancaq biz onları COP-a dəvət etmişik. Ənənəvi olaraq, bütün ölkələr COP-da iştirak edirlər və inanırıq ki, Ermənistan Azərbaycana gələrək COP29-da öz nümayəndə heyəti ilə iştirak edəcək".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin