Göz rəngini dəyişmək neçəyə başa gəlir?

07:30 - 27 Sentyabr 2024

Göz rəngini dəyişmək neçəyə başa gəlir?

Aparıcı Nanə Ağamalıyeva göz rəngini dəyişib.

 

Manset.az Medicina.az-a istinadla xəbər verir ki, o, qara gözlərini əməliyyatla firuzəyi rəngdə etdirib.

Bir müddət əvvəl aparıcı Mətanət Əliverdiyeva da keratopiqmentasiya ilə göz rəngini maviyə çevirib. socar vakansiya

Tanınmış simaların bu əməliyyatı tətbiq etməsi göz rəngini dəyişmək istəyənləri daha da cəsarətləndirir.

"Göz qəlbin aynasıdır", deyirlər, amma aynaya baxib göz rəngini bəyənməyənlərin son dayanacağı əməliyyat masası olur.

Cəmi 40-60 dəqiqə ərzində icra olunan bu əməliyyat ölkəmizdə, hər iki göz olmaqla, 9 000 manata başa gəlir.

Məbləğ seçilən rənglərə görə əlavə 1000-2000 manat arta da bilər.


Xəbər xətti

27 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin