"Tottenhem" - "Qarabağ" oyununda hesab açıldı - YENİLƏNİB + CANLI

23:56 - 26 Sentyabr 2024

UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" (İngiltərə) - "Qarabağ" oyununda hesab açılıb.

 

Manset.az xəbər verir ki, "Tottenhem Hotspur" stadionunda davam edən matçın 12-ci dəqiqəsində meydan sahibləri Brennan Consonla fərqlənib.

Qeyd edək ki, London təmsilçisi meydanda 10 nəfərlə mübarizə aparır. 7-ci dəqiqədə Radu Drequşin qırmızı vərəqə ilə cəzalanıb.

23:46

UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" (İngiltərə) - "Qarabağ" oyununda meydan sahiblərinin futbolçusu qırmızı vərəqə ilə cəzalanıb.

"Tottenhem Hotspur" stadionunda davam edən qarşılaşmanın 7-ci dəqiqəsində Radu Drequşin Juninyoya qarşı kobud oyuna görə meydandan qovulub.

Matçı fransalı baş hakim Villi Delajo idarə edir.

Qeyd edək ki, görüş tıxac səbəbindən 35 dəqiqə gec başlayıb.

23:36

UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" (İngiltərə) - "Qarabağ" matçı start götürüb.

Manset.az xəbər verir ki, tərəflər arasında qarşılaşma "Tottenhem Hotspur" stadionunda keçirilir.

Matçı fransalı baş hakim Villi Delajo idarə edir.


Xəbər xətti

27 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin