Prezident Baş katiblə görüşdü - YENİLƏNİB
18 Noyabr 2024
07:25 - 7 Noyabr 2021
Xəbər verdiyimiz kimi, Vətəndaş İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bu gün saxlanılıb, daha sonra isə sərbəst buraxılıb.
Manset.az xəbər verir ki, o, “Xural TV”nin canlı yayımında saxlanılması ilə bağlı danışıb.
“Cinayət işinin təfərrüatı ilə bağlı idi. Hələlik detallarını deyə bilmərik, yəqin ki, ictimailəşəcək. Araşdırma başlayıb, o araşdırmanın detalları soruşulurdu. Mən şahid qismində danışmışam”, - partiya sədri qeyd edib.
O, “qara maskalılar” tərəfindən saxlanılması ilə bağlı sualı da cavablandırıb:
“Qara maskalılar olmayıb. Mən binada olanda ancaq sayğılı münasibət görmüşəm. Özləri də deyiblər ki, sizi ziyalı kimi qəbul edirik. Dəvət olunmağımın səbəbi kimi yalnız aparılan cinayət işinin təfərrüatının aydınlaşdırılması göstərilib. Mən də o barədə bildiklərimin hamısını demişəm”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin