Rusiyada helikopter radardan itdi

20:48 - 26 Sentyabr 2024

Rusiyada helikopter radardan itdi

"Robinson R44" helikopteri Arxangelsk vilayətində radarlardan itib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, helikopterdə Arxangelsk Şəhər Dumasının deputatı Sergey Smetanin və iş adamı Aleksey Semyonov var.

İlkin məlumatlara görə, sonuncu dəfə helikopterin yeri dünən saat 21:00 radələrində Bıçye kəndi ərazisində qeydə alınıb. Mənbələrin məlumatına görə, helikopter Karandaşevskaya kəndinə uçurmuş.

Lakin uçuş qeydə alınmayıb. Buna görə də helikopterin son təyinat yerinə çatmaması yalnız bu gün saat 16:30-da məlum olub.

Ekipajla da əlaqə qurmaq mümkün deyil. Hazırda xilasedicilər helikopterin axtarışına başlayıblar.


Xəbər xətti

27 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin