Almaniya "Taliban"la danışıqlar aparmaq üçün diplomatını göndərir

00:10 - 7 Noyabr 2021

Almaniya

Almaniya hökuməti "Taliban"la münasibətlərini dəyişməyi planlaşdırır və yaxın günlərdə bu məqsədlə diplomat Markus Potzeli Əfqanıstana göndərəcək.

Manset.az xəbər verir ki, bu barədə "Welt am Sonntag" qəzeti məlumat yayıb.

Məlumata görə, Potzel alman diplomatlarının müvəqqəti şərtlərlə ölkəyə necə qayıda biləcəyini öyrənəcək, "Taliban"la diplomatların işinin qurulması imkanları müzakirə ediləcək. Alman diplomatlarının fəaliyyətinin bərpası Əfqanıstana bir günlük səfərlər çərçivəsində baş tutmalıdır.

Qeyd edilir ki, ikitərəfli əlaqələrin gücləndirilməsində əsas məqsəd Əfqanıstan əhalisinə humanitar yardım göstərməkdir.


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin