MN və Çinin dövlət şirkətinin rəhbərlikləri arasında görüş keçirildi

19:10 - 26 Sentyabr 2024

MN və Çinin dövlət şirkətinin rəhbərlikləri arasında görüş keçirildi

Müdafiə Nazirliyinin rəhbərliyi Bakıda təşkil edilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin sonuncu günündə də Bakı Ekspo Mərkəzini ziyarət edib.

 

Manset.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov “Dəqiq Avadanlıqların İdxalı və İxracı üzrə Çin Milli Korporasiyası”nın (“CPMIEC”) rəhbər heyəti ilə görüşüb.

Görüşdə birgə hərbi-texniki əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


Xəbər xətti

27 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin