"Siyavuş Novruzov faktları təhrif edir": Mirşahindən sərt tənqid - VİDEO
28 Noyabr 2024
09:05 - 26 Sentyabr 2024
Fransaya bağlı muxtar bölgə olan Yeni Kaledoniyada müstəqillik uğrunda mübarizə aparan yerli Kanak xalqı mühüm addım atıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Belə ki, qəbilə başçıları birtərəfli qaydada öz ənənəvi torpaqları üzərində suverenlik elan ediblər.
Bunun üçün Mare adasında 3 günlük toplantı keçirilib. Nəhayət, müxtəlif Kanak qəbilə liderləri tərəfindən idarə olunan ənənəvi torpaqları əhatə edən bir çox bölgədə birtərəfli suverenlik elan edilib.
İndi Yeni Kaledoniyanın ənənəvi senatının nümayəndə heyətinin
oktyabrın 7-14-də Birləşmiş Millətlər Təşkilatının ABŞ-dakı mənzil-qərargahına səfəri gözlənilir.
Səfərdə suverenliyini elan etmiş bölgələrdə hansı ənənəvi idarəetmə modelinin irəli sürülə biləcəyi müzakirə olunacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin