Məşhur NBA oyunçusu karyerasını bitirib

17:45 - 26 Sentyabr 2024

Məşhur NBA oyunçusu karyerasını bitirib

2023/2024 mövsümündə Milli Basketbol Liqasında (NBA) "Memfis Qrizzles"in formasını geyinmiş Derrik Rouz karyerasını bitirib.

 

Manset.az "The Athletic"ə istinadən xəbər verir ki, 35 yaşlı amerikalı başketbolçu artıq xəyallarının arxasınca getmək və təcrübəsini bölüşmək istədiyini açıqlayıb.

D.Rouz 2009-cu ildə ən yaxşı debütant basketbolçu adına layiq görülüb. O, 2010/2011 mövsümündə ən dəyərli oyunçu seçilib və bu mükafatın ən gənc sahibi (22 yaş) olub.

Basketbolçu ABŞ yığmasının heyətində 2010 və 2014-cü illərdə dünya çempionatının qalibi adını qazanıb.


Xəbər xətti

27 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin