Minlərlə livanlı Suriyaya köçdü

16:48 - 26 Sentyabr 2024

Minlərlə livanlı Suriyaya köçdü

Livanda yaşayan 17 min 700 insan İsrail və Livan arasında gedən müharibə səbəbiylə Suriyaya köç edib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

İsrail və Hizbullah arasında qarşılıqlı hücumlar təxminən 2 həftədir ki, davam edir.

Livanlı ailələr İsrailin intensiv hücumları səbəbindən Suriyaya qaçmağa başlayıb. Livandan yola çıxan minlərlə insan illərlə davam edən vətəndaş müharibəsi səbəbiylə humanitar və iqtisadi böhranın yaşandığı Suriyaya keçmək üçün saatlarla tıxacda gözləyib.

Bazar ertəsindən etibarən avtobus və nəqliyyat vasitələrinin sərhədə axışması səbəbindən Jdeidat Yabous keçidində kilometrlərlə nəqliyyat sıxlığı yaranıb.

Maşın tapa bilməyən bəzi ailələr isə sərhədi piyada keçməli olub.


Xəbər xətti

28 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin