Laçında zəlzələ anı - VİDEO
23 Noyabr 2024
16:30 - 26 Sentyabr 2024
"Yaxın illərdə "yaşıl" enerjiyə keçid Xəzər regionu üçün kritik əhəmiyyət kəsb edəcək".
Manset.az xəbər verir ki, bu barədə Nyu-Yorkda Xəzər Siyasət Mərkəzi və Xəzəryanı ölkələrin səfirliklərinin təşkilatçılığı ilə keçirilən beşinci illik Xəzər Biznes Forumunda "Caspian Policy Center" (CPC) Mərkəzinin prezidenti Efqan Nifti deyib.
CPC prezidenti Orta Dəhliz kimi layihələr vasitəsilə regionda nəqliyyat əlaqələrinin artan əhəmiyyətini, eləcə də Xəzər regionunun karbohidrogen və ya bərpa olunan enerji mənbələri kimi dünyanı enerji ilə təmin etmək qabiliyyətini vurğulayıb.
Tədbirdə çıxış edən Bakı Limanının Baş icraçı direktoru Taleh Ziyadov isə Xəzər dənizindən keçməklə regionun inkişafında böyük rol oynayan, Orta Dəhlizin əhəmiyyətindən danışıb: “Ən böyük məsələlərdən biri investorlar və Orta Dəhliz boyunca yerləşən ölkələr arasında koordinasiyanın yaradılmasıdır. Bölgənin əhəmiyyəti artır, lakin bununla bağlı olaraq rəqabətin də artacağı gözlənilir.” deyə qeyd edən liman rəhbəri Orta Dəhlizin davamlı olması üçün “Yaşıl Dəhliz” prinsiplərinin tətbiqinin əhəmiyyətinə toxunub və regionun ilk Yaşıl Limanı olan Bakı Limanının bu sahədə böyük inkişaf yolu qət etdiyini qeyd edib.
Forum müddətində iştirakçılar müxtəlif panel sessiyalar üzrə Xəzər regionunda eneji istehsalı, onun nəqli və bu ərazinin beynəlxalq logistikada oynadığı mühüm roll və digər bu kimi məsələlər bağlı fikir mübadiləsi aparıblar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin