"Qarabağ"ın qalib gəlməsi bir möcüzə olar" - Tərlan Əhmədov

15:58 - 26 Sentyabr 2024

"Qarabağ"ın qalib gəlməsi və xal qazanması möcüzə olsa da, mən onlara bol uğur arzu edirəm. Ümidvaram ki, qalibiyyətlə bizi sevindirərlər".

 

Bu sözləri Manset.az-a açıqlamasında tanınmış mütəxəssis və veteran futbolçu Tərlan Əhmədov səsləndirib.

Onun sözlərinə görə, Ağdam təmsilçisi "Qarabağ"ı Avropa Liqasının yeni mərhələsində ağır mübarizə gözləyir:

"Yeni formatda keçiriləcək oyun "Qarabağ" üçün nisbətən ağır olacaq. Çempionat və daxili çempionat, həmçinin  Avropa Liqasının oyunları, həmçinin "Ayaks" və "Tottenhem"lə oynanılacaq oyunlar göstərir ki, qarşıda "Qarabağ"ı çətin anlar gözləyir. Baxmayaraq ki, "Tottenhem" İngiltərə Premyer Liqasında 10-cu pillədə qərarlaşıb, bu o demək deyil ki, sözügedən komanda zəifdir və ya onunla oynamaq rahatdır. Ümumiyyətlə, İngiltərə Premyer Liqası bütün lazımi komponentləri, yəni güc, sürət, dözümlülük və atletimizi özündə birləşdirməyi bacaran bir çempionatdır.

"Tottenhem"in son oyunlarına nəzər yetirsək görərik ki, komanda hücumda çox maraqlı oyun nümayiş etdirib. Bildiyim qədərilə bu yaxınlarda "Tottenhem"in "Mançester Yunayted"lə növbəti oyunu keçiriləcək. Əslində "Tottenhem" daxili çempionatına daha çox diqqət ayırsa, bu "Qarabağ" üçün fürsət ola bilər. Lakin hər bir halda "Qarabağ" üçün çox çətin və məsuliyyətli oyun olacaq. Düzdür, "Qarabağ" ingilis komanları ilə oyunda çətinlik çəkir, ancaq mən də öz növbəmdə komandamızdan mükəmməl performans gözləyirəm".

Tərlan Əhmədov qeyd edib ki, "Qarabağ"ın müdafiə sistemində ciddi problemlər var:

Qarabağ”ın 21-ci Avropa yürüşü: yeni rekordlar arxasınca » Football-plus.az

"Təəssüf ki, biz hələ İngiltərə çempionatının səviyyəsinə gəlib çatmamışıq və yeni formatda komandanı mübarizəli bir oyun gözləyir. Çünki maliyyə, güc, çempionat və komandada olan oyunçular baxımında "Qarabağ" rəqiblərinin əksəriyyətindən geridədir.  Məhz buna görə də "Qarabağ"ın qalib gəlməsi və xal qazanması futbolda mümkünsüzdür və əgər əksi olarsa, bu bir möcüzə olar. 
Əslində "Neftçi"ni çıxmaq şərti ilə  "Qarabağ"ın digər çempionat oyunlarına nəzər yetirsək görmək olar ki, komandanın müdafiə sistemində ciddi problemlər var. Sözsüz ki, müdafiə sistemində olan problemlər hücum xəttinə də sirayət edir. Düşünürəm ki, "Qarabağ" oyunlarda keçənilki performansını göstərə bilmir. Buraxdığı qollar da bunun bariz nümunəsidir. "Tottenhem" isə Avropa Liqasında öz sözünü demiş komandadır. Onlar çalışacaq ki, ilk dəqiqələrdə bütün məsələni həll etsin. Bu səbəbdən "Qarabağ" ilk 15-20 dəqiqə hərəkətə keçərsə, oyun daha arzuolunan şəkildə davam edə bilər. 
Nə qədər çətin olsa da, ən yaxşı halda gözəl və mübarizəli oyun keçəcək. Hesab heç-heçə olarsa, bu bizi çox təəccübləndirər.
Zənnimcə, "Qarabağ" 8 təsnifat mərhələsindən 10 xal toplayacaq və belə olarsa, bu bizim böyük uğur hesab olunar.
"Qarabağ"ın qalib gəlməsi və xal qazanması möcüzə olsa da, mən onlara bol uğur arzu edirəm. Ümidvaram ki, qalibiyyətlə bizi sevindirərlər".

Xatırladaq ki, Ağdam təmsilçisi yeni formatda keçiriləcək yarışda bu gün ilk oyununa çıxacaq. 

Qurban Qurbanovun komandası Londonda “Tottenhem”lə birlikdə olacaq.

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

 

 

Fidan Əliyeva

Manşet.az

 


Xəbər xətti

27 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin