“Kontakt” ekslüziv olaraq “iPhone” abunəliyi təklif edir

14:46 - 26 Sentyabr 2024

“Kontakt” ekslüziv olaraq “iPhone” abunəliyi təklif edir

Texnologiya həvəskarlarını daim yeniliklərlə sevindirən “Kontakt” mağazalar şəbəkəsi Azərbaycanda növbəti bir ilkə imza atdı. Ölkəmizdə ilk dəfə olaraq “iPhone” abunəliyi istifadəyə verildi!

 

Belə ki, şəbəkənin eksklüziv “iPhone” abunəlik xidməti sayəsində artıq hər il ən son “iPhone” modelinə xüsusi güzəştlərlə sahib olmaq mümkündür. Bu abunəlik ilə həm də  hər il dəyişən modellər, yeni texnoloji xüsusiyyətlər və ən müasir dizayn daim sizinlə olacaq.

“iPHONE” ABUNƏLİYİ İLƏ ƏN SƏRFƏLİ “iPHONE” SİZDƏ!

“Kontakt”ın təqdim etdiyi “iPhone” abunəliyi ilə “iPhone”16 modelləri sadəcə ayda 147 manatdan başlayan qiymətə təklif olunur. Hətta, bugündən – sentyabrın 26-dan  başlayaraq öncədən sifariş imkanınız da var. Bununla da, yeni “İphone” 16 modeli satışa çıxan kimi heç bir gözləmə, risk olmadan ilk sahibi siz ola biləcəksiniz.  Xidmətin başqa bir maraqlı tərəfi isə odur ki, yalnız abunəçilərə özəl olaraq növbəti il yeni “iPhone” smartfonu satışa çıxan kimi köhnə modeli təqdim edərək yenisinə rahatlıqla dəyişmək mümkündür. Bunun üçün əvvəlki modelin 12 aylıq ödənişini etmiş olmaq kifayətdir.

 “iPhone” abunəliyinin əsas üstünlüklərindən biri də ilkin ödənişsiz olmaqla 24 aylıq hissə-hissə ödəniş imkanıdır. Bu o deməkdir ki, ən son texnologiyanı birdəfəlik böyük məbləğ ödəmədən, aylıq kiçik ödənişlərlə əldə edə bilərsiniz. Bu rahat şərtlər və abunəlik ilə indi hər kəs iPhone sahibi ola bilər,

Abunəlik çərçivəsində təqdim edilən qızıl zəmanət sayəsində də cihazınız hər zaman texniki cəhətdən zəmanət altında olacaq. İstənilən problem halında zəmanətiniz “iPhone”unuzun texniki təhlükəsizliyi təmin edilir, siz isə rahatlıqla qaldığınız yerdən davam edirsiniz.

Artıq köhnə “iPhone”unuz sizə dərd yox, yeni texnologiyaya keçid üçün yardımçı olacaq.  Çünki abunəliyə trade-in xidməti də daxildir. Belə ki, köhnə “iPhone” smartfonunuzu təqdim etməklə onun cari vəziyyətinin dəyəri qədər endirimlə yeni model “iPhone” sahibi ola bilərsiniz.

Odur ki, “Kontakt”ın bu eksklüziv xidməti ilə texnologiyanın nəbzini ilk siz tutacaq, ən son yenilikləri ilk siz hiss edəcəksiniz. Azərbaycanda bir ilk olan bu “iPhone” abunəliyi ilə sərfəli və rahat anları bir arada yaşaya bilərsiniz.

Xatırladaq ki, “Kontakt” mağazalar şəbəkəsi “Apple” brendinin ölkəmizdəki rəsmi satış mərkəzidir. Qlobal zəmanətli, orijinal və rəsmi bütün “Apple” məhsullarını, eləcə də bu ilin çox gözlənilən “iPhone” 16 modelləri oktyabrın 4-dən etibarən “Kontakt” mağazalarındankontakt.az saytından əldə edə bilərsiniz.

Daha ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzi ilə əlaqə yarada bilərsiniz.


Xəbər xətti

27 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin