"Biz nüvə silahından istifadə hüququnu özümüzdə saxlayırıq" - Putin

13:58 - 26 Sentyabr 2024

Rusiya prezidenti Putin Təhlükəsizlik Şurasının üzvləri ilə “nüvədən çəkindirmə” mövzusunda iclas keçirib. Görüşün əvvəlində çıxış edən Putin, ildə iki dəfə keçirilən görüşün planlaşdırıldığını bildirib. Putin bəyan edib ki, “nüvədən çəkindirmə sahəsində dövlət siyasətinin əsaslarının yenilənməsi” gündəmdədir.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunun hərbi doktrinanın və Rusiyanın nüvə strategiyasının rəsmi şəkildə müəyyən edildiyi bir sənəd olduğuna diqqət çəkən Putin, bu sənədlə nüvə silahının istifadəsinin əsas prinsipinin müəyyən edildiyini bildirib. Putin nüvə enerjisindən istifadənin ölkənin suverenliyini qorumaq üçün “son çarə” olduğunu vurğulayıb.

Putin "Vurğulamaq istərdim ki, biz həmişə belə məsələlərə böyük məsuliyyətlə yanaşırıq. Bu silahların nəhəng gücə malik olduğunu dərk edərək, qlobal sabitlik üçün beynəlxalq hüquqi bazanı gücləndirməyə, nüvə silahlarının və onların yayılmasının qarşısını almağa çalışdıq" dedi.

 


Xəbər xətti

27 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin