1968-ci ildə edam cəzası aldı - 88 yaşında bəraət qazandı (FOTO)

12:43 - 26 Sentyabr 2024

1968-ci ildə edam cəzası aldı - 88 yaşında bəraət qazandı (FOTO)

Yaponiyada məhkəmə 1968-ci ildə 4 nəfərin qətlində təqsirli bilinərək edam cəzasına məhkum edilmiş 88 yaşlı boksçu İvao Hakamatanın günahsız olduğuna qərar verib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, Hakamata 1966-cı ildə dörd nəfəri qarət etməkdə və öldürməkdə ittiham olunurdu.

Həmin şəxslər onun müdiri, arvadı və iki uşağı idi. 

Qeyd edək ki, Hakamata bəraət qazananadək demək olar ki, yarım əsri dəmir barmaqlıqlar arxasında keçirib.

1968-ci ildə edam cəzası aldı - 88 yaşında bəraət qazandı


Xəbər xətti

28 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin