Azərbaycan taekvondoçuları dünya çempionatına yollandı

12:29 - 26 Sentyabr 2024

Azərbaycan taekvondoçuları dünya çempionatına yollandı

Azərbaycan taekvondoçuları gənclər arasında keçiriləcək dünya çempionatı üçün Cənubi Koreyanın Çunçeon şəhərinə yollanıblar.

 

Manset.az xəbər verir ki,  Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Oğlanlardan ibarət yığmanın baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçisi Zahid Məmmədov mundialda İlyas Hətəmli (45 kq), Məhəmməd Həsənli (48 kq), Harun Salmanzadə (51 kq), Fuad Məhərləmli (55 kq), Ziya Həsənli (59 kq), Vasif Səlimov (63 kq), Yunis Hüseynov (68 kq), Hüseyn Xudiyev (73 kq), Elcan Əliyev (78 kq) və Allahverdi Məmmədova (+78 kq) şans verəcək.

Qızlardan ibarət millimizin baş məşqçisi Sun Mi Parkla böyük məşqçi Seul Bi Li isə dünya çempionatında Gülü Zamanlı (42 kq), Xuraman Cavadzadə (44 kq), Nilufər Borji (49 kq), Seyidxanım Məmmədova (52 kq), Sehri Cəlalova (55 kq), Fatimə Həsənova (59 kq), Nərgiz Kazımova (63 kq) və Bahar İbrahimovanı (68 kq) sınayacaq.

Komandaya Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev r'hb'rlik edəcək.

Dünya çempionatında ədalət təmsilçiləri arasında beynəlxalq dərəcəli hakim Aygül Abdullayeva da yer alacaq.

Qeyd edək ki, oktyabrın 1-də start götürəcək yarış altı gün davam edəcək.


Xəbər xətti

27 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin