Millimizin futbolçusu “Qalatasaray”ı ÇL-in qrup mərhələsinə çıxardı - VİDEO

10:48 - 26 Sentyabr 2024

Millimizin futbolçusu “Qalatasaray”ı ÇL-in qrup mərhələsinə çıxardı - VİDEO

Qadın futbolçulardan ibarət komandaların Çempionlar Liqasında mübarizə davam edir.

 

Manset.az xəbər verir ki, “Qalatasaray” 2-ci mərhələnin cavab matçında “Slaviya” ilə qarşılaşıb. 

Çexiyada baş tutan qarşılaşmanın əsas vaxtı 1:1 başa çatıb. Türkiyədəki oyun da 2:2 bitdiyindən əlavə vaxta ehtiyac duyulub.

Azərbaycan millisinin forvardı Nazlıcan Parlak əlavə vaxtda komandasının üçüncü qolunu vuraraq “Qalatasaray”a qələbə qazandırıb. Belədə, Türkiyə klubu Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb. Türkiyə klubları arasında “Qalatasaray” ilk dəfə bu uğura imza atıb. 

 


Xəbər xətti

27 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin