Qazaxıstanda Azərbaycan Dövlət Rəqs Ansamblının konserti - FOTOLAR

10:20 - 26 Sentyabr 2024

Qazaxıstanda Azərbaycan Dövlət Rəqs Ansamblının konserti - FOTOLAR

Sentyabrın 25-də Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Astananın Sülh və Əmin-amanlıq Sarayında Azərbaycan Dövlət Rəqs Ansamblının konserti keçirilib.

 

Manset.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mərasimdə rəsmi şəxslər, iki ölkənin elm, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.

Konsert proqramında ansambl tərəfindən "Mənim Azərbaycanım süitası", "Qazaxı", "Nağaraçılar", "Qaytağı", "Toy", "Ağ çiçəyim", "Çayçı" rəqsləri, "Sarı gəlin" kompozisiyası, "Vətən süitası" və digər nömrələr ifa edilib.


Xəbər xətti

27 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin