Aİ birliyə daxil olmayan ölkə vətəndaşlarına “Şengen” vizası alımını SƏRTLƏŞDİRİR

23:29 - 25 Sentyabr 2024

Aİ birliyə daxil olmayan ölkə vətəndaşlarına “Şengen” vizası alımını SƏRTLƏŞDİRİR

Avropa İttifaqı (Aİ) noyabrın 10-dan Aİ-yə daxil olmayan ölkələrin vətəndaşları üçün Şengen zonasına daxil olmaqda yeni qaydalar tətbiq edəcək.

 

Manset.az Bizim.Media-ya istinadənxəbər verir ki, bu barədə Aİ-nin Siyasi Hesabatında bildirilib.

Qeyd edilib ki, əsas yenilik xarici vətəndaşların giriş-çıxışını avtomatik qeydə alacaq “Giriş/Çıxış Sxemi”ni  (EES) tənzimləyəcək sərhəd nəzarəti sistemi olacaq.

İlk daxil olduqdan sonra səyahətçilərdən biometrik məlumatlar toplanacaq və bu məlumatlar sistemdə 3 il saxlanılacaq və ənənəvi pasport möhürləri əvəzinə avtomatik olaraq özünəxidmət terminalları vasitəsilə qeydiyyat aparılacaq. 

Hər dəfə sərhədi keçəndə bu terminallarda pasportu skan etmək lazım olacaq.

Biometrik məlumatların təqdim edilməsindən imtina girişin rədd edilməsi ilə nəticələnəcək. EES sistemi Kipr və İrlandiya istisna olmaqla, bütün Aİ ölkələrində, həmçinin Aİ-yə daxil olmayan dörd Şengen ölkəsində -  İslandiya, Lixtenşteyn, Norveç və İsveçrədə fəaliyyət göstərəcək.


Xəbər xətti

28 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin