"Bu, Zelenskinin ölümcül səhvidir" - Peskov

01:30 - 26 Sentyabr 2024

Vladimir Zelenskinin "Rusiyanı sülhə məcbur etmək" mövqeyi ölümcül səhvdir.

 

Manset.az Axar.az-a istinadən bildirir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Fikrimcə, bu mövqe ölümcül səhvdir. Ölümcül səhv, sistemli səhv - bu, kökündən yanlışdır və təbii ki, Kiyev rejimi üçün nəticələri qaçılmaz edəcək", - o bildirib.

Qeyd edək ki, Zelenski BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı Rusiyanı sülhə məcbur etmək planı barədə danışıb.


Xəbər xətti

27 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin