“Qarabağ” “Tottenhem”ə məğlub oldu
27 Sentyabr 2024
01:00 - 26 Sentyabr 2024
Xocalı şəhərinin gecə və gündüz görüntülərinin əks olunduğu videoçarx hazırlanıb.
Manset.az Milli.az-a istinadən xəbər verir ki, sözügedən videoçarx Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində hazırlanıb.
Xatırladaq ki, Xocalı şəhəri dövlətimizin başçısının tapşırığı əsasında, yenidən tikilib və zəruri infrastrukturla tam təchiz olunub. Bu günədək Xocalı şəhərində 44 ailənin (169 nəfər) daimi məskunlaşması təmin edilib. 30 ildən artıq yurd həsrətindən sonra doğma evlərinə qayıdan Xocalı sakinlərinin sevinclərinin həddi-hüdudu yoxdur. Uzun illər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış xocalılılar artıq bir neçə aydır ki, doğma yurdda daimi yaşamağa başlayıblar.
Həmin videogörüntüləri təqdim edirik:
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin