Qurbanov "Tottenhem"lə qarşılaşmadan danışdı

22:11 - 25 Sentyabr 2024

Qurbanov

Sabah dünyanın ən güclü çempionatında iştirak edən kluba qarşı mübarizə aparacağıq.

 

Manset.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İngiltərə təmsilçisi "Tottenhem"ə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun oyunundan öncə baş tutan mətbuat konfransında deyib.

"Sabah dünyanın ən güclü çempionatında iştirak edən kluba qarşı mübarizə aparacağıq. "Tottenhem" hər zaman İngiltərə Premyer Liqasında liderlər sırasında qərarlaşıb. Bununla belə, oyuna hazırıq. Çox düzgün, səliqəli və intizamlı oynamalıyıq. "Tottenhem"in stadionda və onların azarkeşləri qarşısında mübarizə aparmaq bizim üçün böyük təcrübə olacaq. Belə oyunlar hər bir futbolçumuzun böyüməsi üçün təcrübə sayılır. İnşallah, sabah futbolçularım böyük güc sərf edərək, yaxşı oyun nümayiş etdirəcəklər", - Q.Qurbanov vurğulayıb.

Qeyd edək ki, “Tottenhem” – “Qarabağ” oyunu sentyabrın 26-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


Xəbər xətti

26 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin