Dünya şöhrətli yazar Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonağı olacaq

18:26 - 25 Sentyabr 2024

Dünya şöhrətli yazar Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonağı olacaq

 Dünya şöhrətli irlandiyalı yazar Con Boyn 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonağı olacaq.

 

Manset.az xəbər verir ki, Con Boyn dünyanın 46 dilinə tərcümə olunan 25 kitab müəllifidir. Yazıçının ən məşhur əsəri “Zolaqlı pijamalı oğlan” romanıdır.

Con Boynun 3 oktyabr 2024-cü il tarixində saat 11:00-da “Füzuli” təqdimat zonasında oxucularla görüşü və imza saatı olacaq.

10-cu Bakı Beynəlxalq Kitab Sərgisi Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2-8 oktyabr 2024-cü il tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək.

Sərgi dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunub.

Ziyarətçilərin “Elmlər akademiyası”, “28 may” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəlişi təmin ediləcəkdir.

Sərginin iş vaxtı: 10:00-dan 20:00-dəkdir.

Sərgiyə giriş ödənişsizdir.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin