Sentyabr ayının bütün ödənişləri yekunlaşdı

18:11 - 25 Sentyabr 2024

Sentyabr ayının bütün ödənişləri yekunlaşdı

Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün tam ödənilib.

 

Manset.az xəbər verir ki, bu barədə Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, bundan əvvəl – sentyabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, sentyabrın 20-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin sentyabr ayının pensiya ödənişləri həyata keçirilib.

Qeyd edək ki, beləliklə, sentyabr ayı üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.


Xəbər xətti

25 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin