Britaniya öz vətəndaşlarını Livandan təxliyə etmək üçün hərəkətə keçdi

17:53 - 25 Sentyabr 2024

Britaniya öz vətəndaşlarını Livandan təxliyə etmək üçün hərəkətə keçdi

Böyük Britaniya İsrailin ölkənin cənubuna endirdiyi zərbələr fonunda Livandan öz vətəndaşlarını təxliyə etmək üçün Yaxın Şərqə aviasiya qrupu və 700-ə yaxın hərbçi göndərib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

"Son zamanlar baş verən hadisələr bu vəziyyətin nə qədər ciddi olduğunu nümayiş etdirdi, ona görə də mesajımız aydındır: Britaniya vətəndaşları indi ölkəni tərk etməlidirlər", - müdafiə naziri Con Healey bildirib.

Qeyd edək ki, bundan əvvəl London ingilisləri Livanı təcili tərk etməyə çağırmışdı.

 


Xəbər xətti

25 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin