İsrail Hizbullahla müharibə üçün diviziyanı səfərbər edir

17:35 - 25 Sentyabr 2024

İsrail Hizbullahla müharibə üçün diviziyanı səfərbər edir

İsrail hökuməti ehtiyatda olan hərbçilərin əlavə diviziyasını səfərbər etmək qərarına gəlib. 

 

Manset.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, bu qərar İsrailə öz vətəndaşlarını evlərinə qaytarmağa, dövləti qorumağa və Livanın Hizbullah radikal qruplaşması ilə mübarizəni davam etdirməyə imkan verəcək .

"Vəziyyəti qiymətləndirdikdən sonra şimalda əməliyyatlar üçün ehtiyatda olan iki briqadanı çağıracaq", - ordu rəhbərliyi bildirib.


Xəbər xətti

28 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin