Rusiya Çində PUA zavodu yaradır - "Çinin bundan xəbəri yoxdur"

17:20 - 25 Sentyabr 2024

Rusiya Çində PUA zavodu yaradır -

Rusiya Ukraynaya qarşı müharibədə istifadə üçün uzaqmənzilli pilotsuz uçuş aparatları (PUA) hazırlamaq və istehsal etmək üçün Çində zavod yaradır.

 

Manset.az xəbər verir ki, bu barədə Avropa kəşfiyyat agentliyinin iki mənbəsindən və "Reuters" tərəfindən məlumat verilib.

Rusiyanın “Almaz-Antey” dövlət silah şirkətinin törəmə şirkəti olan “IEMZ Kupol” yerli mütəxəssislərin köməyi ilə Çində “Garpiya-3” (G3) adlı yeni pilotsuz uçuş aparatı modelini hazırlayıb və uçuş sınaqlarından keçirib. 

Məlumata görə, G3 50 kq faydalı yüklə təxminən 2000 km məsafə qət edə bilir.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi sualları cavablandırmayıb.

Çin Xarici İşlər Nazirliyi isə "Reuters"ə verdiyi açıqlamada belə bir layihədən xəbərsiz olduğunu və ölkənin PUA istehsalına ciddi nəzarət etdiyini bildirib.

 


Xəbər xətti

25 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin