Azərbaycanın istehsal etdiyi "Turan 1" silahı ilk dəfə təqdim olundu

17:50 - 25 Sentyabr 2024

Azərbaycanın istehsal etdiyi

Azərbaycanın istehsal etdiyi, şərti adı "Turan 1" olan silah ilk dəfə "ADEX-2024" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilir.

 

Manset.az xəbər verir ki, bununla bağlı "Ush Security" şirkətinin nümayəndələri məlumat veriblər.

Bildirilib ki, silah yerli mühəndislər tərəfindən hazırlanıb və 2024-cü ildə istehsal olunub. Çəkisi 3 kiloqram 600 qram olan silahın vuruş məsafəsi 1000 metr, daraq tutumu 30 gülləlikdir. Müasir sistem orijinal standartlara uyğun olaraq hazırlanıb və sərgidə ilk dəfə nümayiş olunur. Silah sınaq testlərindən keçib, lakin hələ istifadə olunmayıb.



Xəbər xətti

25 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin