Rusiya hava limanları ilə bağlı yeni qərar qəbul etdi

16:39 - 25 Sentyabr 2024

Rusiya hava limanları ilə bağlı yeni qərar qəbul etdi

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi 2025-ci ildə aerodromların dronların aşkarlanması və qarşısının alınması sistemləri ilə təchiz edilməsi üzrə işlərə başlamağı planlaşdırır.

 

Manset.az xəbər verir ki, bu barədə agentliyin rəis müavini Andrey Potemkin açıqlama verib.

"Bu, 2025-ci ildən başlayaraq birinci kateqoriyalı aerodromlar üçün planlara daxil edilib", - deyə Potemkin bildirib.

Həmçinin o əlavə edib ki, hava limanının operatorları belə işlərin öz vəsaitləri hesabına maliyyələşdirilməsi ilə bağlı qərar qəbul etmək hüququna malikdirlər. Bunun "radio avadanlıqlarına - həm yerüstü, həm də təyyarə avadanlığına müdaxilə şəklində təhlükə yaratmaması" vacibdir.

Son olaraq o qeyd edib ki, Ukrayna pilotsuz təyyarələrinin Rusiya şəhərlərinə hücumu ilə əlaqədar aviasiya hakimiyyətləri vaxtaşırı Moskva və digər regionlardakı hava limanlarının fəaliyyətini məhdudlaşdırır. Məhdudiyyətlər adətən bir neçə saat davam edir.


Xəbər xətti

28 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin