İcra başçısının faciəli şəkildə ölən qardaşının FOTOSU

16:21 - 25 Sentyabr 2024

İcra başçısının faciəli şəkildə ölən qardaşının FOTOSU

Xəbər verdiyimiz kimi, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin qardaşı faciəvi şəkildə dünyasını dəyişib.


Manset.az dünyasını dəyişən Habil Quliyevin fotosunu əldə edib.

Yaxınlarının verdiyi məlumata görə, hadisə mərhuma məxsus Abşeron Rayon Gənclər şəhərciyində yerləşən ət mağazasında baş verib.

Belə ki, o, içərisində su olan soyuducunu təmizləyərkən elektrik cərəyanı onu vurub.

Habil Quliyev Lənkəran rayonu Hirkan kənd qəbirstanlığında dəfn olunub. 

Mərhum ailəli olub. Bir qızı, bir oğlu var. 

 



Xəbər xətti

21 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin