Təbiətə buraxılan maralların maraqlı anları - VİDEO

15:58 - 25 Sentyabr 2024

Təbiətə buraxılan maralların maraqlı anları - VİDEO

Türkiyənin Təbiəti Mühafizə və Milli Parklar 6-cı Region Müdirliyi tərəfindən həyata keçirilən “Nəsli kəsilməkdə olan növlərin əvvəlki yaşayış yerlərinə qaytarılması layihəsi” Türkiyənin hər yerində olduğu kimi Burdurda da baş tutub.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Bu çərçivədə Kənd Təsərrüfatı Nazirliyi ilə Təbiəti Mühafizə və Milli Parklar Baş Müdirliyi tərəfindən Burdurda Salda gölünə gətirilən 5 erkək və 18 dişi maral Eşeler yaylasına buraxılıb.

Beləliklə də Salda gölünün ətrafındakı ərazininin qırmızı maral yuvasına çevirilməsi və vəhşi təbiəti qoruması planlaşdırılıb. 

Marallar ətrafın sakinləri ilə də maraqlı anlar yaşayıb.

Sakinlər həmin anları qeydə alıb:

 


Xəbər xətti

25 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin