Tramp İranın onu təhdid etdiyini iddia edir

15:36 - 25 Sentyabr 2024

Tramp İranın onu təhdid etdiyini iddia edir

ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp İrandan həyatına qarşı “böyük təhdidlər” aldığını iddia edib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. 

Tramp bu barədə sosial media platforması olan "Truth Social" hesabında açıqlama verib.

“İran əvvəllər də bəzi addımlar atıb, lakin nəticə verməyib. Bilirəm ki, yenidən cəhd edəcəklər”, - o bildirib.

Tramp heç görmədiyi qədər silahlı insanların əhatəsində olduğunu bildirib və ABŞ Məxfi Xidməti üçün əlavə büdcəni yekdilliklə təsdiqlədiyi üçün ABŞ Konqresinə təşəkkür edib.

Qeyd edək ki, bu il Trampa iki dəfə sui-qəsd olunub.

 

 

 

 


Xəbər xətti

25 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin