Papa çağırış etdi

15:11 - 25 Sentyabr 2024

Papa çağırış etdi

Katoliklərin ruhani lideri və Vatikanın Prezidenti Papa Fransisk beynəlxalq ictimaiyyəti Livanda artan gərginliyi dayandırmağa çağırıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Vatikanın məşhur Müqəddəs Pyotr meydanındakeçirilən ənənəvi qəbul iclasında çıxış edən Papa , İsrailin hava hücumları həyata keçirdiyi Livana toxunub.

"Son günlər intensiv bombardmanlar altında çoxlu insan tələfatı və dağıntıların yaşandığı Livandan gələn xəbər məni çox kədərləndirdi. Ümid edirəm ki, beynəlxalq ictimaiyyət bu dəhşətli eskalasiyanı dayandırmaq üçün əlindən gələni edəcək. Bu, qəbuledilməzdir".

Xatırladaq ki, İsrail Ordusu sentyabrın 23-ü səhər saatlarında Livana hava zərbəsi endirib. Livanın Səhiyyə Nazirliyi indiyədək 550-dən çox insanın öldüyünü açıqlayıb.

 


Xəbər xətti

25 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin