Yeni ildə 7 gün ardıcıl iş olmayacaq - RƏSMİ
28 Noyabr 2024
15:02 - 25 Sentyabr 2024
Dünyanın ən təhlükəsiz və ən təhlükəli ölkələrinin siyahısı 2024-cü il üçün yenilənib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Böyük Britaniyada yerləşən “International SOS” saytının apardığı araşdırmadan sonra 2024-cü ilin ən təhlükəsiz və ən təhlükəli ölkələrinin siyahısı açıqlanıb.
Şirkətin araşdırması nəticəsində ortaya çıxan siyahıda ölkələrin geosiyasi riskləri, qlobal təhlükəsizlik narahatlıqları kimi bir çox faktordan istifadə edilib.
İslandiya aşağı cinayət nisbətləri və sabit siyasi mühiti ilə insanlar üçün ən təhlükəsiz ölkə kimi müəyyən edilmişdir.
İkinci yerdə Lüksemburqdur
Dünyanın ən təhlükəsiz üçüncü ölkəsi isə Norveçdir.
Ölkələr işçilərin səyahət etdiyi və ya işlədiyi ölkələrdə daha geniş təhlükəsizlik vəziyyətini yaratmağa çalışırlar. Lakin bəzi yerlərdə uzun müddətdir davam edən vətəndaş müharibələri və münaqişələr səbəbindən ciddi təhlükəsizlik riskləri yaranıb.
Reytinq terror təhlükəsi, insan hüquqlarının pozulması, infrastrukturun zəifliyi və səhiyyə xidmətlərinin fövqəladə hallarda effektiv cavab vermək qabiliyyəti ilə müəyyən edilir.
Bəs dünyanın ən təhlükəli ölkələri hansılardır?
Birinci yerdə Sudan yer alıb.
İkinci yer isə Əfqanıstana məxsusdur.
Siyahıda Suriya üçüncü yerdə qərarlaşıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin