Bu gün Azərbaycanda bələdiyyə seçkiləri KEÇİRİLƏCƏK
29 Yanvar 2025
13:25 - 25 Sentyabr 2024
Sabiq təhsil naziri, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov artıq çəkidən əziyyət çəkir.
Manset.az-ın əldə etdiyi məlumata görə, 78 yaşlı sabiq nazir artıq çəkidən xilas olmaq üçün dietoloq Ləman Süleymanovanın qəbulunda olub.
Sabiq nazir paytaxtda yerləşən özəl xəstəxanaların birində müayinədən keçib, dietoloqun təyin etdiyi prosedurlara başlayıb.
Faktı Misir Mərdanov Manset.az-a təsdiqləyib:
"Sağlamlığımla bağlı hər hansı bir problem yoxdur. Müəyyən bir çəkidə qalmaq istəyirəm. İnsanların da mənim bu addımımı müzakirə etməsini istəmirəm. Bunun kimə nə dəxli var ki?!".
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin