Ərdoğanın bu çıxışı dünya gündəmini zəbt etdi - VİDEO/FOTO

10:30 - 25 Sentyabr 2024

Ərdoğanın bu çıxışı dünya gündəmini zəbt etdi - VİDEO/FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasında çıxışı reytinqləri alt-üst edib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, iclasda ilk çıxışı ABŞ Prezidenti Co Bayden edib. Pezidenti kimi son dəfə BMT-də çıxış edən Bayden İsrail və HƏMAS arasında atəşkəsə çağırış edib.

Baydendən sonra Türkiyə Prezidenti Ərdoğan Baş Assambleyada çıxış edib. Ərdoğanın gündəmində də İsrail və HƏMAS məsələsi var idi.

Prezident Ərdoğan çıxışına bu cümlələrlə başlayıb:

"Dost və qardaş Fələstinin nümayəndəsini üzv dövlətlər arasında gördüyüm üçün xoşbəxtəm. Fələstini tanımayan dövlətləri ən qısa zamanda onları tanımağa dəvət edirəm. Gərginliyin mərkəzində olan bir ölkənin lideri kimi Baş Assambleyaya müraciət edirəm. Qəzza soyqırımının qarşısını almaq və dəhşətli müharibəni dayandırmaq üçün nə gözləyirsiniz? BMT çətin bir quruluşa çevrilir. "Dünya beşdən böyükdür" devizi ilə təmsil olunan dəyərlərə daha çox ehtiyacımız var. Bunun ən mühüm nümunəsi Qəzzada baş verir. 41 min insan vəhşicəsinə həyatdan qoparılıb".

Ərdoğan çıxışına bu sözlərlə davam edib:

"İsrail xalqına qarşı heç bir düşmənliyimiz yoxdur. Müsəlmanların hədəf almasına qarşı olduğumuz kimi antisemitizmə də qarşıyıq. Həqiqəti hayqırmaqdan çəkinmirik. Bu bəzi insanları narahat etsə belə, biz mübarizəmizə davam edəcəyik".

Prezident Ərdoğanın çıxışına başlaması ilə #WorldIsBiggerThan5  həştəqləri "X" sosial şəbəkəsində Türkiyə və dünya gündəminin ilk sıralarında yer alıb.

Türk, ingilis və ərəb dillərində yazılan yazıların sayı yüz minləri keçərkən, Prezident Ərdoğanın BMT-nin 79-cu Baş Assambleyasındakı çıxışı uzun müddət ABŞ və İngiltərə gündəmində birinci yerdə qalıb.

"Dünya 5-dən böyükdür" devizinin anlamı nədir?

"Dünya 5-dən böyükdür" Türkiyən Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi siyasi doktrinadır. Cümlədəki "5" Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkəyə (Çin, Fransa, Rusiya, Böyük Britaniya və ABŞ) aiddir.

Həmin anları sizə təqdim edirik:

 

Fidan Əliyeva

Manşet.az

 


Xəbər xətti

25 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin