Daha 2 itkin şəhidimiz dəfn olunacaq - FOTO

10:03 - 25 Sentyabr 2024

Daha 2 itkin şəhidimiz dəfn olunacaq - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha iki şəhid dəfn olunacaq.

 

Manset.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Dəfn olunacaq şəhidlərdən biri hərbçi Vaqif Sərdar oğlu Alıyev, digəri isə mülki şəxs Mirzəli Müslət oğlu Quliyevdir.

Sentyabrın 26-sı V.Alıyev Gəncə şəhəri Şəhidlər xiyabanında, M.Quliyev isə Xocavənd rayonu Qaradağlı kəndinin Şəhidlər xiyabanında dəfn olunacaqlar.



Xəbər xətti

25 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin