Vatsapdan daha bir yenilik

20:33 - 24 Sentyabr 2024

Vatsapdan daha bir yenilik

Vatsapda vaxtınıza qənaət etməyə kömək edəcək yeni funksiya olacaq.

 

Manset.az Qafqazinfo-a istinadən xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Android cihazlarına gələcək yeniləmədə “hamısını oxu” düyməsinin görünəcəyi bildirilir. Funksiya ekranın yuxarı sağ küncündə üç nöqtə ilə göstərilən menyuda mövcud olacaq.

Funksiyanın çox sayda qrup çatlarında iştirak edənlər üçün faydalı olacağı gözlənilir.

“Bu xüsusiyyət olmadan söhbətləri əl ilə oxumaq çox vaxt apara bilər”, - məlumatda qeyd edilib.

Elan edilmiş funksiya Android cihazları üçün vatsapın qarşıdan gələn beta versiyasında əlçatan olacaq.


Xəbər xətti

24 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin