Sahibə Qafarova Simonyanla yenidən görüşəcək

19:40 - 24 Sentyabr 2024

Sahibə Qafarova Simonyanla yenidən görüşəcək

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan oktyabrda Cenevrədə görüşəcəklər.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Parlamentlərarası İttifaqın (Pİ) mətbuat katibi Tomas Fitsimons danışıb.

“Ermənistan və Azərbaycan parlamentlərinin sədrlərinin ikitərəfli görüşü oktyabrın 13-dən 17-dək Cenevrədə Parlamentlərarası İttifaqın 149-cu Assambleyası çərçivəsində üçüncü dəfə keçiriləcək”.

Onun sözlərinə görə, görüşün dəqiq tarixi hələ açıqlanmayıb. 

Xatırladaq ki, tərəflər arasında sonuncu görüş mayın 16-da Cenevrədə baş tutub.


Xəbər xətti

24 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin