"İnter"in futbolçusu bir ay yaşıl meydanlardan kənarda qalacaq

17:55 - 24 Sentyabr 2024

İtaliyanın "İnter" klubunun futbolçusu Nikolo Barella bir ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Manset.az xəbər verir ki, yarımmüdafiəçinin sağ ayağında əzələ dartılıb.

Oyunçu A Seriyasında "Udineze" və "Torino" ilə matçlarda komandasına kömək edə bilməyəcək. O, Çempionlar Liqasında Serbiyanın "Srvena Zvezda" klubu ilə görüşdə də meydana çıxmayacaq.

Qeyd edək ki, Nikolo Barella 2020-ci ildən "İnter"in formasını geyinir.


Xəbər xətti

24 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin